
“Şəmkir Aqropark” MMC xeyriyyə tədbiri təşkil edib
Oktyabr 26, 2017
“Şəmkir Aqropark” MMC-nin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən “Gəncə uşaq evin”də 63 nəfərlik uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib. Təşkil edilən tədbirdə uşaqlara Aqroparkın meyvə məhsulları hədiyyə edilib. Uşaqlarla görüşdə Şəmkir Aqroparkın Baş Direktorunun Müavini Natiq Abbasov qeyd edib ki, təşkilat bu tip xeyriyyə işləri görməkdə davam edəcək.