• Sarımsaq 3.75 AZN
  • Xiyar sadə 1 AZN
  • Kivi 1.50 AZN
  • Mandalin 1.20 AZN
  • Pink pomidor 1.40 AZN
  • Bella pomidor 1.40 AZN
  • Xurma 0.50 AZN
  • Kələm 0.65 AZN
  • Boranı 0.35 AZN
  • Tikanlı xiyar 0.75 AZN
  • Badımcan 0.60 AZN
  • Kök 0.50 AZN
  • Qırmızı bibər 0.50 AZN
  • Yaşıl bibər 0.35 AZN
  • Soğan 0.37 AZN
+ 994 50 218 23 81
Biz həftə içi saat 9:00-dan 18:00-a kimi işləyirik.

Soyuducu kameralar

Ümumi həcmi 24.000 ton 71 ədəd ULO tipli soyuducu saxlama kameraları
ULO tipli saxlama kameralarına giriş yalnız oksigen balonlarından istifadə edilərək mümkündür.
Bu texnologiya vasitəsilə bütün növ məhsullar uzunmüddətli atmosferi tənzimlənmiş kameralarda saxlanılır.
Soyutma sistemi. Bu sistem vasitəsilə kameralar soyuq hava ilə təmin olunur.

Absorber (karbon uducu)
Avadanlıq havanı sorur, filtrdən keçirib təmizlənmiş havanı geri qaytarır.
Bu avadanlığın işləmə intensivliyi, otağın böyüklüyü, məhsulun tənəffüs sürəti və karbon qazı səviyyəsinə uyğun olaraq müəyyənləşdirilir.


Deoxil Sistemi

Etilen meyvənin böyüyüb inkişaf etdiyi müddətdə ifraz olunan bir qazdır, meyvənin yetişməsində ən əhəmiyyətli faktorlardan biridir.
Məhsulların ifraz etdiyi bu qazın mühitdən uzaqlaşdırılmasını təmin etmək üçün Deoxildən istifadə olunur.
Bu sistem vasitəsilə Xurmanın ağız büzücülük xüsusiyyətini aradan qaldırmaq mümkündür.


Məhsulların Şoklanması
Giləmeyvələrin şoklanması onların daha uzunmüddətli saxlanmasını təmin edir.
Şoklama prosesi +0.5 C˚ dərəcəli suda 45 dəqiqə ərzində davam edir.
Məhsullar şoklama edildikdən dərhal sonra soyuducu anbarlara yerləşdirilir


Avadanlıqların uzaqdan idarə olunması
Soyuducu kameraların fəaliyyəti uzaqdan idarə olunma sistemi vasitəsilə tənzimlənir.
Bu sistem vasitəsilə kameralarda 24 saat ərzində oksigenin və karbonun miqdarına nəzarət olunur.
Havalandırma, nəmlilik dərəcəsi və temperatur bu sistemdən idarə olunur.