• Sarımsaq 3.75 AZN
  • Xiyar sadə 1 AZN
  • Kivi 1.50 AZN
  • Mandalin 1.20 AZN
  • Pink pomidor 1.40 AZN
  • Bella pomidor 1.40 AZN
  • Xurma 0.50 AZN
  • Kələm 0.65 AZN
  • Boranı 0.35 AZN
  • Tikanlı xiyar 0.75 AZN
  • Badımcan 0.60 AZN
  • Kök 0.50 AZN
  • Qırmızı bibər 0.50 AZN
  • Yaşıl bibər 0.35 AZN
  • Soğan 0.37 AZN
+ 994 50 218 23 81
Biz həftə içi saat 9:00-dan 18:00-a kimi işləyirik.

Laboratoriya

Laboratoriyamız yüksək standartlara və ən yeni texnologiyalara sahibdir, dəqiqlik dərəcəsi 91-93% olaraq müəyyən edilmişdir. Laboratoriyamız Ankara Universiteti KOSGEB Texnologiya - lnkişaf Mərkəzinin dəstəyi ilə Ankara Universiteti Əkinçilik Fakültəsi ilə birlikdə qurulmuşdur. Azərbaycanda daha əvvəl həm özəl, həm dövlət şirkətləri, həm də kiçik sahibkarlar üçün müxtəlif torpaq, su, bitki və gübrə analizləri də məhz bu laboratoriyada edilmişdir.

Optima 7000, Thermo-election Corporation, Shim Lab TEKNIK-DES 1, USF Elga Model Purelab Option S7 və başqa müasir cihazlarla təchiz olunmuşdur.


"Şəmkir Agropark MMC"nin laboratoriyasında aparılacaq laborator işlərinin siyahısı
- Meyvə və tərəvəzlərdə toksiki elementlərin (Cu, Pb, As, Cd, Hg, Zn) miqdarının təyini
- Meyvə və tərəvəzlərin mikrobioloji va bakterioloji göstəricilərinin təyini
- Biokimyəvi analizlər
- Briksin təyini
- Aktiv turşuluğun təyini (ph)
- Ümumi turşulugun təyini
- Selilozanın təyini
- Nitratların va nitritlərin təyini
- Nəmliliyin təyini
- Nişastanın təyini
- Etil spirtinin təyini
- Pektinin təyini
- Zol maddələrin miqdarının təyini
- Suyun və torpağın analizləri toplusu (etməyi nəzərdə tuturuq)

 

Kompleksə saxlama üçün veriləcək məhsulların laborator analizi nəticəsində saxlanılacaq məhsulların keyfiyyəti yoxlanılır. Bununla da saxlanılacaq məhsulların yararlı olub olmadığı öncədən müəyyənləşir. Beləliklə ən əsas risklərdən biri, saxlanılacaq məhsulun xarab olmasının qarşısı alınır. Regionda ilk olaraq aparılacaq laborator analizlər sayəsində region sahibkarları becərdikləri məhsulların dünya standartlarına uyğun olmasına çalışacaqlar.

İstehlakçılar daha keyfiyyətli məhsul əldə edəcəklər. Şirkət keyfiyyətli məhsul istehsalçısı kimi tanınacaq. Xarici bazarlara çıxış daha da asanlaşacaq.