• Sarımsaq 3.75 AZN
  • Xiyar sadə 1 AZN
  • Kivi 1.50 AZN
  • Mandalin 1.20 AZN
  • Pink pomidor 1.40 AZN
  • Bella pomidor 1.40 AZN
  • Xurma 0.50 AZN
  • Kələm 0.65 AZN
  • Boranı 0.35 AZN
  • Tikanlı xiyar 0.75 AZN
  • Badımcan 0.60 AZN
  • Kök 0.50 AZN
  • Qırmızı bibər 0.50 AZN
  • Yaşıl bibər 0.35 AZN
  • Soğan 0.37 AZN
+ 994 50 218 23 81
Biz həftə içi saat 9:00-dan 18:00-a kimi işləyirik.

MƏNŞƏ SERTİFİKATININ ALINMASI PROSEDURU

Malın mənşə ölkəsi – malın mənşə olkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müəyyən meyarlar əsasında kifayət qədər emal/ təkrar emala məruz qaldığı ölkə başa düşülür. Malın mənşə sertifikatı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif tədbirlərinin, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata kecirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Həmcinin, mənşə sertifikatı ölkədə istehsal olunan və ya kifayət qədər təkrar emala məruz qalan məhsulların Azərbaycana məxsus olduğunu, eləcə də mənşəyi dəyişməyən ölkəyə gətirilən malların ilkin mənşə ölkəsinə məxsus olduğunu təsdiq etmək üçün verilir. Mənşə sertifikatının alınması malların ixracı zamanı idxalçı ölkədə guzəştli şərtlərlə idxal gömrük rüsumlarını odəməyə imkan verir. Mustəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərə malların ixracı zamanı “CT-1” formalı, Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP+) daxil olan inkişaf etmiş olkələrə malların ixracı zamanı “A” formalı, MDB və Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP+) daxil olmayan olkələrə malların ixracı zamanı “Ümumi” formalı mənşə sertifikatları verilir. “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydaları” İqtisadiyyat Nazirliyinin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmişdir. Mənşə sertifikatı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında verilir. Sifarişçinin mənşə sertifikatının verilməsinə dair ərizəsinə Dövlət Xidməti tərəfindən ərizənin təqdim olunduğu tarixdən etibarən 3 (üç) gundən gec olmayaraq baxılır və müvafiq qərar qəbul olunur. Malın mənşə ölkəsinin müəyyən edilməsi uzrə ekspertizalar Dovlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən aparılır. Ərizəyə baxılıb musbət cavab verildikdə Xidmətlə müqavilə bağlanılır və tələb olunan digər sənədlər təqdim olunur və Dövlət Rüsumu haqqında Qanunda nəzərdə tutulan 20 manat odəniş edilir. Eyni zamanda ixrac məqsədli məhsullar üçün mənşə sertifikatı alarkən onların ekspertizası aparılmalı və bunu üçün Tarif Şurasının 2011-ci il 9 saylı Qərarında müəyyən edilən müvafiq xidmətə gorə nəzərdə tutulan tarifi odəməlidir. Mərkəzin eksperti tərəfindən təqdim olunmuş sənədlərin tamlığı və düzgünlüyü muəyyən olunduqdan sonra, malın mənşə ölkəsinin təyin edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın keçirilməsi zamanı, həmcinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər uzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır, daha sonra ekspertiza aktı tərtib edilir və aktda ekspertizanın nəticələri göstərilir. Ekspertizanın nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən sifarişçinin ərizəsinə dair müvafiq qərar qəbul edilir.